İnsanlara hürriyət, millətlərə istiqlal!

Viza tələb olunmur: Tətilə gedən evini satıb orada ev və avtomobil alır

Son illərdə Makedoniya Türkiyə vətəndaşları üçün populyar bir səyahət və yerləşim məkanı halına gəlib.

Musavat.com xəbər verir ki, Türkiyə vətəndaşlarının yalnız şəxsiyyət vəsiqəsi ilə daxil ola bildiyi bu ölkədə tətil üçün gələn bəzi şəxslər, ölkədəki yaşayış şəraitini o qədər bəyənirlər ki, Türkiyədəki evlərini sataraq burada yeni bir həyat qurmağa qərar verirlər.

Vize gerekmiyor ; Tatile giden Türkiye’deki evini satıp orada ev otomobil alıyor - Sayfa 2

Makedoniyanın cazibədar xüsusiyyətləri

Makedoniya təbii gözəllikləri və tarixi zənginlikləri ilə tanınır. Ohrid gölü və şəhəri UNESCO-nun Dünya Mirası Siyahısında yer alır, paytaxt Skopye isə tarixi ab-havası və Osmanlı mirası ilə diqqət çəkir. Bu xüsusiyyətlər, türkiyəli turistlərin Makedoniyanı seçməsində əsas amillərdən biridir.

Vize gerekmiyor ; Tatile giden Türkiye’deki evini satıp orada ev otomobil alıyor - Sayfa 3

Niyə məhz Makedoniya?

Makedoniyanın Türkiyə ilə mədəni yaxınlığı bu ölkəni türkiyəlilər üçün cəlbedici edir. Osmanlı İmperiyasının tarixi irsi, türklərin sıx yaşadığı ərazilər və yaşayış xərclərinin Türkiyə ilə müqayisədə daha aşağı olması Makedoniyanı yaşayış üçün əlverişli məkan kimi önə çıxarır.

Xüsusilə əmlak qiymətlərinin münasib olması və avtomobil alqı-satqısının daha sərfəli şəkildə həyata keçirilməsi bir çox türkiyəli vətəndaşın bu ölkədə yaşamaq qərarı verməsinə səbəb olur. Onlar burada ev və avtomobil almaqda xeyli rahatlıq əldə edirlər.

Vize gerekmiyor ; Tatile giden Türkiye’deki evini satıp orada ev otomobil alıyor - Sayfa 6

Yerləşim planları

Makedoniyada yaşamağa qərar verənlər ölkənin tarixi və təbii gözəlliklərini kəşf etməklə yanaşı, burada yeni bir iş qurmaq və ya təqaüd həyatını keçirmək fürsətlərini də dəyərləndirirlər. İnvestisiya etmək istəyən türkiyəli vətəndaşlar üçün əmlak sektoru böyük imkanlar təqdim edir. Skopye kimi iri şəhərlərlə yanaşı, Ohrid və Bitola kimi yaşayış məntəqələrində də münasib qiymətlərlə ev almaq mümkündür.

Vize gerekmiyor ; Tatile giden Türkiye’deki evini satıp orada ev otomobil alıyor - Sayfa 11

Makedoniyada görüləsi yerlər

Makedoniya həm tarixi, həm də təbii gözəllikləri ilə turistlərə cəlbedici bir istiqamət təqdim edir. Ohrid gölü, antik teatrlar, kilsələr, məscidlər və monastırlar kimi çoxsaylı görməli yerlər mövcuddur. Eyni zamanda Matka Kanyonu kimi təbiət məkanları yürüşsevərlər üçün ideal marşrut sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

BÜTÜN XƏBƏRLƏR