İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan və Türkiyə normallaşma prosesini davam etdirmək barədə razılığa gəlib

Türkiyə Xarici İşlər Nazirliyi, Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndələri Səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada baş tutan görüş barədə bəyanat yayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, nümayəndələr bu proses vasitəsilə iki ölkə arasında tam normallaşmaya nail olmaq kimi daha əvvəl elan edilmiş məqsədi təsdiqləyiblər.

“Bu kontekstdə konkret fikirlər ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparılıb, bu istiqamətdə irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub. Xüsusi Nümayəndələr prosesi ilkin şərt olmadan davam etdirməyə razılıqlarını bir daha təkrarladılar”, - deyə bəyanatda deyilir.

Qeyd edək ki, bu gün Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşü baş tutub. Bu xüsusi nümayəndələr arasında üçüncü görüşdür.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR