İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Təhlükəsizlik Şurası Azərbaycanla sülh müqaviləsini imzalamağa çağırış edib

Martın 28-də Ermənistan Təhlükəsizlik Şurasının iclasında Qarabağ ətrafında vəziyyət müzakirə edilib və situasiya bu son dərəcə gərgin kimi qiymətləndirilib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Bildirilir ki, Ermənistan hökuməti Azərbaycanı hərtərəfli sülh sazişi ətrafında təcili danışıqlara başlamağa dəvət edir.

Qurum Azərbaycan sərhədində və Qarabağda hərbi toqquşmaların mümkünlüyüni istisna etməyib. Həmçinin, regionda yeni hərbi eskalasiyanın qarşısını almaq üçün beynəlxalq çəkindirmə mexanizmlərindən istifadə etməyi zəruri hesab edir.

Ermənistanın Təhlükəsizlik Şurası respublikanın əvvəllər səsləndirilmiş mövqeyini bir daha təsdiqləyib və Azərbaycanı hərtərəfli sülh sazişi ətrafında təcili danışıqlara başlamağa dəvət edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR