Onlayn ictimai-siyasi qəzet
Ermənistan Avropa Şurasının (AŞ) Rusiya prezidenti Vladimir Putinin “həbs edilməsi” ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderini dəstəkləyən bəyannaməsindən öz imzasını geri götürüb.
Musavat.com xəbər verir ki, bunu AŞ-nin saytında dərc edilmiş sənədin yekun variantı göstərir.
Sənədi Litva, Latviya, Estoniya, Ukrayna və Moldova, həmçinin ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Gürcüstan və bir sıra digər ölkələr dəstəkləyib.
Sənəd layihəsində İrəvanın imzası yoxdur. Ermənistan hökuməti bəyannamənin imzalanmasına rəsmi münasibət bildirməyib.
Şahanə Rəhimli
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ