İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan ordusu genişmiqyaslı təxribat törədir - Zirehli texnika, zərbə dronları...

Erməni tərəfi şərti Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədir.

Musavat.com bu barədə telegram kanallarına istinadən məlumat verir.

Qeyd olunur ki, Ermənistan ordusu şərti Azərbaycan-Ermənistan sərhədində ağır zirehli texnika, zərbə dronları və döyüşə hazır qüvvələrini cəmləşdirərək Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə və hərbi texnikasına ciddi itkilər vurmağı hədəfləyib.

Məlumatda qeyd olunur ki, bu təxribatı dayandırmaq və düşmənin planlarının qarşısını almaq üçün Azərbaycan Ordusu bütün lazımi tədbirlərə əl atacaq.

Bildirilir ki, bu dəqiqələrdə Ermənistan ordusu ağır artilleriyadan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini intensiv atəşə tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR