İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun Cermuk istiqamətində irəliləməsi barədə məlumatlar yalandır

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun guya Cermuk istiqamətində irəliləməsi ilə bağlı yayılan iddiaları təkzib edib.

Musavat.com xəbər verir ki, qurumun açıqlamasında mətbuatda və sosial şəbəkələrdə dövr edən bu məlumatların həqiqəti əks etdirmədiyi vurğulanıb. Nazirlik KİV-lərə və ictimaiyyət nümayəndələrinə Ermənistana qarşı “informasiya hücumlarında” iştirak etməmək çağırışı edib.

Rəsmi İrəvan son günlər Azərbaycanla bağlı yayılan bəzi xəbərlərin məqsədli şəkildə dezinformasiya xarakteri daşıdığını iddia edir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR