İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan Konstitusiyasını dəyişməlidir”-ermənişünas alim  

 

“Ermənistana bölgədə gərginliyin olması ona görə lazımdır ki, ABŞ-ın da daxil olduğu Qərbi bölgəyə çəkə bilsin. Məhz bu səbəbdən sərhədlərimiz və yaşayış məntəqələrimiz sürəkli atəşə tutulur”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bunu Musavat.com-a açıqlamasında bildirib.

Ekspert əlavə edib ki, həm də Ermənistan bu təxribatları kritik görüşlərin getdiyi vaxt edir:

 “Demarkasiya və delimitasiya məsələləri üzrə komissiya sənədini də Ermənistan Konstitusiya məhkəməsi təsdiq etməyə tələsmirdi, çünki Konstitusiyanın müvafiq bəndləri hələ dəyişdirilməyib: “Konstitusiya dəyişdirilməsə, sərhədlərin müəyyənləşməsi ilə bağlı 1991 Almaatı bəyannaməsi əsas götürülə bilməz. Çünki bu, Konstitusiyaya ziddir. Ermənistan Konstitusiyasını dəyişməlidir! Məsələ bu qədər bəsitdir”.

Q.Çaxmaqlı deyib ki, Ermənistan bəlli ideolojidən bütövlükdə imtina etmədiyinə görə bundan sonra da gərginliyin olmasını istəyəcək: “Bu da sülh prosesinə, ümumən bölgəmizdə sabitliyə təhdid olaraq qalacaq”.

Elşad,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR