İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməniləri dəstəkləyən daha bir müğənninin Bakı konserti ləğv edildi

Erməniləri dəstəkləyən ukraynalı müğənni Tina Karolun Bakı konserti ləğv edilib.

Musavat.com xəbər verir ki, bu barədə iTicket.az instaqramda bildirib.

“15 noyabrda keçirilməyi nəzərdə tutulan Tina Karol konserti ləğv edildi! Təcavüzkar rejimi dəstəkləyən sənətçilərə Azərbaycan səhnəsində yer yoxdur!”, - paylaşımda deyilir.

Qeyd edək ki. T.Karol instaqramda ermənilərə dəstək olmuşdu.

Daha əvvəl ermənilərə dəstək olan ukraynalı müğənni Maks Barskixin konserti ləğv olunmuşdu.

Xalidə Gəray
Musavat.com


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR