İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər dəhşət içərisində: Azərbaycanlı rejissor Ermənistanda film çəkəcək?

Azərbaycanlı rejissorun Ermənistanda sənədli film çəkəcəyi ilə yayılan iddialar erməni ictimaiyyətində böyük səs-küy yaradıb.

Bu barədə “Spuntik Armenia” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu iddianı kinoprodüse Anna Zakaryan ortaya atıb. Zakaryanın sözlərinə görə yaxın vaxtlarda Ermənistanda azərbaycanlı rejissor və aparıcının iştirakı ilə "National Geographic" sənədli filmi çəkiləcək. Zakaryan qeyd edib ki, erməni prodüser, operator və rejissorların əksəriyyəti layihədə iştirak etməkdən imtina etsələr də, pul müqabilində bu işi görmək arzusunu bildirənlər də olub.

"Azərbaycan əsilli rejissor və aparıcını Ermənistan hökumətinin nümayəndəsi müşayiət edib. Azərbaycanlı Ermənistan ərazisində film çəkmək üçün Ermənistan Təhlükəsizlik Xidmətindən və Xarici İşlər Nazirliyindən icazə alıb. O, Ermənistanda öz “torpaqlarına” həsrət qaldığını bildirib, babasının bu torpaqda necə yaşayıb-yaratdığını danışıb", deyə Zakaryan deyib.

Zakaryan iddia edib ki, həmkarları bütün sənədləri öz gözləri ilə görüblər, sözügedən şəxslərlə tanışdırlar, XİN və Milli Təhlükəsizlik Xidmətinin icazəsini şəxsən görüblər.

Göründüyü kimi, azərbaycanlı rejissorun Ermənistanda film çəkəcəyi ilə bağlı iddialar erməni ictimaiyyətində böyük rezonas doğurub, onları dəhşətə gətirib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR