İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Azərbaycan səfirlikləri qarşısında mitinq keçirəcək - Siyahı

Oktyabrın 1-də İsveçdə yaşayan ermənilər Azərbaycan səfirliyi qarşısında mitinq keçirəcəklər.

Bu barədə məlumatı Xəzərnews.az-a Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev verib.

E.Mirzəyev bildirib ki, hazırda Qarabağdan gedən ermənilərin İsveçə köçü sürətlənib:

"Bildiyiniz kimi, İsveç hökuməti onlara 1,5 miyrad dollar yardım ayırıb. Eyni zamanda onların İsveçə köçü də başlayıb. Qarabağ ermənilərinin qarşılanmasında və yerləşdirilməsində İsveçdə yaşayan daşnaklar fəallıq nümayiş etdirirlər. Onu da deyim ki, İsveçin miqrasiya idarəsində onların sayı ilə bağlı hələ heç bir məlumat yoxdur. Əgər İsveç onlara qaçqın statusu versəydi bu barədə müvafiq qurumun məlumatlarında yer alardı. Görünür, İsveç hökuməti onlara qaçqın statusu verməyəcək".

E.Mirzəyev bildirib ki, DABF-da və Konqresdə təmsil olunan azərbaycanlılar ermənilərin keçirəcəyi mitinq və radikal çıxışları, hərəkətləri ilə bağlı İsveç polisinə müraciət edib:

"Hazırda biz prosesi yalnız sakit şəkildə muşahidə etmək məcburiyyətindəyik".

E.Mirzəyev bildirib ki, İsveçdə yaşayan erməniləri iki qrupa bölmək olar: "Onların bir hissəsi ümumiyyətlə prosesə qarışmır, digər qismi isə daşnaklardır. Daşnaklar daha fəaldır və prosesi onlar idarə edir".

Dünyada ən böyük erməni kilsəsinin İsveçdə - Stokholmda olduğunu qeyd edən E.Mirzəyev prosesin elə bu kilsədən idarə olunduğu qənaətindədir:

"Müşahidələrimizə görə hazırda həmin kilsəyə çoxlu sayda adam girib - çıxır, müraciət yayırlar. Bir sözlə burdakı ermənilər sabahkı mitinqə güclü hazırlaşır".

Qeyd edək ki, ermənilər təkcə Stokholmda deyil, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan səfirlikləri qarşısında da mitinq keçirəcəklər.

Həmin ölkələrin siyahısını təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR