İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloqlar: Laçın dəhlizində baş verən proseslərdə Rusiyanın razılığı var

Azərbaycan Rusiyanın razılığı ilə Laçın dəhlizinin qarşısını kəsir.

Musavat.com xəbər verir ki, bunu erməni politoloq Andrias Qukasya “Kavkazskiy uzel” saytına müshaibəsində deyib. Qukasyanın fikrincə, bu məsələdə Rusiyanın əsl məqsədi Vaşinqtondakı danışıqları pozmaqdır.

Erməni şərhçi Naira Ayrumyana görə, Qarabağın Azərbaycana tabe edilməsi prosesi gedir. Onun fikrincə, hadisələrin inkişafı üçün iki variant var.

Ya nəzarət-buraxılış məntəqələri götürüləcək, nəqliyyat bloku açılacaq, Laçın dəhlizinə ekstraterritorial status qaytarılacaq. Ya da Qarabağ Azərbacan tərəfindən tamamilə bağlanacaq.

Armen Ovannisyana görə isə bütün bunlar Azərbaycanı iştahının artdığını göstərir.

“Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməsi Rusiyaya sərfəli deyil. Bu, Rusiya hərbi kontingentinin "Artsaxda" qalmasını mənasız edəcək”, - deyə Ovannisyan vurğulayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR