İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni əsilli şəxslərə humanitar yardımı ancaq bu qurum göndərə bilər- RƏY

“Azərbaycan Qızıl Aypara Cəmiyyəti, istər ölkə ərazisində, istərsə də sərhədlərimizdən kənarda nizamnaməsindən və prinsiplərindən irəli gələn istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır”.

Musavat.com xəbər verir ki, bunu siyasi şərhçi Elçin Mirzəbəyli Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən humanitar yardımla bağlı yazısında qeyd edib. O xatırladıb ki, Azərbaycanda Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli Xan Xoyskinin və müdafiə naziri əvəzi Əliağa Şıxlinskinin təşəbbüsü ilə yaradılıb:
“Ölkəmizdə Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təsisatın öz Nizamnaməsi, Cenevrə konvensiyaları və “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanunla tənzimlənir. Sözügedən qanuna əsasən, “Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən yeganə milli Qızıl Aypara Cəmiyyətidir”. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasının ərazisində Qızıl Aypara Cəmiyyətindən başqa, eyni missiyanı həyata keçirən hər hansı bir təsisatın, o cümlədən Qırmızı Xaç Cəmiyyətinin fəaliyyətinə icazə verilmir. Çünki Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, ölkəmizdə bütövlükdə hərəkatı, həm də yeganə milli təsisat kimi təmsil edir.

Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətinə, həm beynəlxalq hüququn norma və prinsiplərinə, həm milli qanunvericiliyə, həm də təsisatın nizamnaməsinə görə, humanitar yardıma ehtiyacı olan şəxslərin müəyyənləşdirilməsi, yerləşdirilməsi, daşınması, onlara tibbi və digər xidmət göstərilməsi, həmçinin qeyd olunan məsələlərlə bağlı dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlıq daxildir. Bütün bunlar isə, Qızıl Aypara Cəmiyyətinin irqindən, dinindən asılı olmayaraq, Azərbaycan ərazində yaşayan hər kəsə, o cümlədən erməni əsilli şəxslərə də humanitar yardımın göstərilməsinə görə məsuliyyət daşıdığını və bu istiqamətdə fəaliyyət göstərən yeganə legitim təsisat olduğunu təsdiqləyir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR