İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Cinpinlə nədən danışıb?

ABŞ prezidenti Donald Tramp Çin Si Tsinpinlə telefon danışığında ilk növbədə, Pekinin nadir torpaq elementlərinin tədarükü ilə bağlı bəzi mübahisəli ticarət məsələlərini həll ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Merzlə görüşündən əvvəl jurnalistlərə məlumat açıqlayıb.

O, Çinlə ticarət danışıqlarının çox yaxşı vəziyyətdə olduğunu deyib: "Düşünürəm ki, bizim Çinlə və ticarət müqaviləmizdə çox yaxşı vəziyyətdəyik. Bildiyiniz kimi, bizim Çinlə İsveçrədə qəbul edilmiş ticarət razılaşmamız var. Lakin biz ilk növbədə nadir torpaq metalları və bəzi digər məsələlərlə bağlı bəzi məsələləri həll etdik. Bu azaldılmış tarif dərəcələri qüvvədə qalır. Biz razılıq əldə etmişik".

Tramp həmçinin qeyd edib ki, Si Cinpinlə Ukrayna və İran məsələlərini müzakirə etməyib.

Çin tərəfinin yaydığı məlumata görə, danışıq zamanı Si Cinpin ABŞ prezidentindən ölkəsinə qarşı birtərəfli tarif artımını dayandırmağa çağırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR