İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan şok açıqlama: Ukraynanı sanksiya ilə hədələdi

Rusiya Ukraynaya növbəti dəfə zərbə endirməyə hazırlaşır və bunu Ukrayna Təhlükəsizlik Xidmətinin “Pautino” əməliyyatına “cavab” adlandırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzlə görüşündə deyib. O qeyd edib ki, Vaşinqton və Berlin Ukraynada tökülən qandan “çox məyusdurlar”, lakin sonda bunun qarşısını ala biləcəklərinə inanırlar: "Putinə ağır zərbələr vurulub və mən onun oyun oynadığını düşünmürəm. Dedi ki, hücum etməkdən başqa çarələri yoxdur. Və yəqin ki, bu, çox da xoş olmayacaq. Mən "bunu etmə, etməməlisən" dedim".

Bir jurnalistin Putinə daha çox təzyiq göstərməyə hazır olub-olmadığını soruşduqda, Amerika prezidenti Rusiyanın “Şimal axını 2” qaz kəmərinin tikintisini dayandıran şəxs olduğunu deyib: "Rusiyaya qarşı sanksiyalar üçün son tarix mənim beynimdədir. Biz çox sərt olacağıq. Amma deyim ki, bu, hər iki ölkəyə təsir edə bilər".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR