İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur saytın redaktoru saxlandı - FOTO

Rusiyada hüquq-mühafizə orqanları “Ura.ru” portalının redaktoru Denis Allayarovu yenidən saxlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” qəzeti təhlükəsizlik qurumlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, jurnalist ilkin ifadə üçün Rusiya İstintaq Komitəsinə çağırılıb və dindirilmədən sonra azad edilsə də, sonradan təkrar həbs olunub.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 272.1-ci maddəsi — şəxsi məlumatları əhatə edən kompüter informasiyasının qanunsuz yığılması, istifadəsi və saxlanması üzrə cinayət işi başlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR