Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp keçmiş prezident Cozef Baydenin psixi vəziyyəti və imzaladığı sənədlərin qanuniliyilə bağlı rəsmi araşdırma aparılması üçün Ağ Evə göstəriş verib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. Tramp hesab edir ki, Bayden bəzi hallarda qərar qəbul etmək qabiliyyətində olmayıb və onun əvəzinə sənədlər xüsusi mexaniki qələmlə, qeyri-qanuni şəkildə imzalanıb. Bu səbəbdən də həmin fərman və əfv sənədlərinin hüquqi qüvvəsi sual altına düşə bilər.
Bayden tərəfi isə bu iddiaları rədd edərək bildirib ki, keçmiş prezident bütün qərarları şəxsən qəbul edib. Onun komandası Trampı bu iddialarla diqqəti özünün “faciəvi vergi siyasətindən” yayındırmaqda ittiham edir.
Qeyd edək ki, daha əvvəl Bayden haqqında yazılmış bir kitabın müəllifi ABŞ prezidentinin real vəziyyətinin gizlədildiyini və ölkənin idarəçiliyində əsas rolun müşavirlərinə, həyat yoldaşı Cill Baydenə və oğlu Hanter Baydenə məxsus olduğunu iddia etmişdi.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ