Onlayn ictimai-siyasi qəzet
BMT Turizmin Avropa Regional Komissiyasının 5-6 iyun tarixlərində Bakıda keçirilən 71-ci iclasında Azərbaycan 2025-2029-cu illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib.
Avropa Regional Komissiyası üzrə İcraiyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə 9 ölkə arasından Azərbaycanla yanaşı, Sloveniyanın, Fransanın, Xorvatiyanın və Yunanıstanın 2025-2029-cu illər üçün namizədlikləri təsdiq olunub.
Qeyd edək ki, Azərbaycan 2013-2017, 2017-2021 və 2023-2025-ci illərdə təşkilatın İcraiyyə Şurasına üzv olub, 2017-ci ildə isə İcraiyyə Şurasına sədr seçilib.
Tədbirin sonunda müzakirələr nəticəsində Avropa Regional Kommissiyasının növbəti 72-ci iclasının Maltada keçirilməsi qərarı təsdiq olunub.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ