İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmək bazarında mühüm DƏYİŞİKLİK: Yeni model tətbiq OLUNACAQ

Əmək Məcəlləsinə ediləcək dəyişikliklərlə saatlıq əməkhaqqı sisteminin tətbiqi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılan islahatlar çərçivəsində bu sistemin tətbiqi, işçilərin faktiki işlədikləri saatlara əsasən əməkhaqqı almalarını təmin edəcək.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən bildirilib ki, bu dəyişikliklər məsafədən işin tənzimlənməsi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi və ailə üzvləri olan işçilərə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması kimi məsələləri də əhatə edir.

Bəs saatlıq əməkhaqqı sisteminə keçid vətəndaşlara nə vəd edir?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli News24.az-a verdiyi açıqlamada bildirib ki, bu dəyişiklik hər kəsin maaşının artması anlamına gəlmir:

"Saatlıq əməkhaqqına keçid işçilərin hüquqlarının qorunması baxımından müsbət addımdır, lakin bu, maaşlarda artıma səbəb olmayacaq. Bu sistem uşaqlı analar, tələbələr və gün ərzində yalnız 3-5 saat işləmək istəyən şəxslər üçün hüquqi zəmanət yaradacaq. Hazırda mövcud qanunvericilikdə saatlıq əmək müqaviləsi formal olaraq mövcud olsa da, praktiki olaraq bu model tətbiq edilmir".

Akif Nəsirli qeyd edib ki, hazırda saatlıq əmək müqaviləsinin bağlanması mücərrəddir. Yeni dəyişikliklərdən sonra artıq qanunvericilikdə konkret şəkildə qeyd ediləcək ki, işəgötürən işçini neçə saatlıq işə götürə bilər:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu təşəbbüsü əmək bazarının çevikləşdirilməsi, bərabər əməyə bərabər əməkhaqqının təmin edilməsi və ayrı-seçkiliyin aradan qaldırılması məqsədilə gündəmə gətirib. Saatlıq əmək sistemi ilə işçilər real işlədikləri saata görə qonorar alacaq və bu, qeyri-rəsmi məşğulluğun da qarşısını ala bilər".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR