İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: Bir azdan deyəcəklər ki, Ermənistanda heç yerə baxmayın

“Paşinyan ərazilərdən danışanda əmin dedi ki, əllərimi kəsərəm, bir millimetr torpaqdan da əl çəkmərəm. Torpaqdan imtina etsəm, məni meydanda asın”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin müxalif deputatı Qarnik Danielyan tərəfindən səslənib.

"İndi bu adam Konstitusiyanı, İstiqlal Bəyannaməsini, bayrağı, gerbi, bir sözlə hər şeyi dəyişək deyir.
Belə getsə bir azdan artıq Alagöz dağına da (Ermənistanda ən yüksək dağ) baxmayın deyəcəklər”,-deyə erməni deputat qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR