İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail statistikanı açıqladı: 5-ci gün – 400 ballistik raket, 24 ölü...  


İyunun 13-dən indiyədək İran ərazisindən İsrailə 400 ballistik raket atılıb, hərbi sursatların düşdüyü 40 yer qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu statistikanı baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman öz Teleqram kanalında açıqlayıb.

Onun yazdığına görə, İrandan həmçinin yüzlərlə pilotsuz təyyarə buraxılıb. Mülki əhali arasında itkilər: 24 ölü, 804 yaralıdır.

İran tərəfinin açıqlamalarına əsasən İsrailin hücumu başlanandan ölkədə həyatını itirənlərin sayı yüzlərlədir. Onların arasında mülki əhali yarıya qədərini təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR