İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstan əhalisinin 80 faizinin şəxsi məlumatları İnternetdə aşkarlandı - Hökumət “köhnədir” deyir  


Qazaxıstanın əhalisinin 80 faizi - 16,3 milyondan çox şəxs haqqında məlumat bazası şəklində onlayn görünən məlumatlar əvvəlki sızmalardan əldə edilən köhnəlmiş məlumatların toplusudur.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Jaslan Madiyev məlumat verib: "Bu, nə vaxtsa sızan məlumat bazasıdır, sonra isə müəyyən şəxslər məlumatları yığıb toplayıblar. Bu, köhnə məlumatların toplusudur".

Mədiyev əmin edib ki, bu cür məlumatlar internetə daxil olan kimi idarə tədbirlər görür.

Qeyd edək ki, bu həftə Mərkəzi Asiyanın ən böyük kibertəhlükəsizlik şirkətlərindən biri olan Kiberhücumların Təhlili və Təhqiqatı Mərkəzinin (CACAR) ekspertləri internetdə Qazaxıstanın 16,3 milyondan çox sakini haqqında məlumatların yer aldığı məlumat bazası aşkar ediblər. Orada soyadlar, adlar, ataların adı, fərdi identifikasiya nömrələri, telefon nömrələri, ünvanlar olub. Ümumilikdə Qazaxıstanda 20,3 milyona yaxın insan yaşayır.

Daha sonra Rəqəmsal İnkişaf Nazirliyi məlumatların yoxlanıldığını bəyan edərək, hökumətin informasiya sistemlərinə heç bir haker hücumunun olmadığını açıqlayıb. Məlumatı sızdırılan vətəndaşlara “Elektron hökumət” portalındakı şəxsi kabinetinə bildiriş göndəriləcəyi vəd edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR