İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ərdoğanın bu fikri İrana mesajdır”- Deputatdan AÇIQLAMA  

 

“Türkiyə prezidentinin məhz bu gün açıqlama verməsi təsadüfi deyil”.

Bu fikri Musavat.com-a açıqlamasında deputat Arzu Nağıyev deyib. O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra bir neçə dəfə bəyanat verilmişdi ki, Şuşada konsulluq açılacaq:

“Əsas məqsəd Azərbaycan və Türkiyə arasında olan əlaqələri inkişaf etdirməkdir. Rəcəb Tayyib Ərdoğanın “Biz də Şuşada konsulluq açırıq” deməsi İranın Qafanda konsulluq açmasına qarşı mesajdır- siz Ermənistanı özünüzə dost bilirsinizsə, biz Azərbaycanla dost yox, qardaşıq. Bu mənada Rəcəb Tayyib Ərdoğanın açıqlaması ciddi açıqlamadır. İranın mövqeyi ortadadır-bütün dünyaya car çəkirlər ki, Azərbaycandan fərqli olaraq,  Ermənistan tərəfdaş ölkədir. Son zamanlar bu, daha qabarıq görünməyə başlayıb. Lakin bir millət, iki dövlət prinsipindən çıxış edərək R.T.Ərdoğanın bəyanatı iki dövlətin iqtisadi, siyasi, mənəvi, mədəni cəhətdən daha yaxın olması üçün atılan addımlardan biridir. Bunu ilk növbədə Ermənistan dərk etməlidir, o cümlədən İran və onun tərəfdaş ölkələri də başa düşməlidir”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR