İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan Həniyənin öldürülməsinə ilk reaksiya: "Terrora son qoyulmalıdır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin öldürülməsini qətiyyətlə pisləyib.

Musavat.com xəbər verir ki, məlumatı İRNA yayıb.

“Bu cinayət Fələstin problemini aradan qaldırmaq və Qəzzazolağında müqavimət ruhunu zəiflətmək üçün törədilib. İsrailin bölgədəki terroruna son qoyulmalıdır”, - deyə, Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Qeyd olunub ki, Türkiyə prezidenti Fələstin xalqına başsağlığı verərək, fələstinli qardaşlarına dəstək olacağını bildirib.

Xatırladaq ki, İsmayıl Haniyənin avqust ayının ortalarında Türkiyə Böyük Millət Məclisində çıxış etməsi planlaşdırılırdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR