İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Dəməşqdəki hökumət qüvvələrini vurdu – Druzlara qarşı əməliyyatın dayandırılması tələb olunur

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr Suriya hakimiyyət orqanlarının nəzarətində olan və Dəməşqin cənub-qərb ətraflarında asayişin bərpası üzrə əməliyyatda iştirak edən təhlükəsizlik qüvvələrinə hücum edib. Musavat.com xəbər verir ki, bu barədə Suriya mənbələrinə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilir ki, İsrail PUA-ları təhlükəsizlik qüvvələrinin cəmləşdiyi ərazilərə azı 5 zərbə endirib. Zərbələr Suriya Daxili İşlər Nazirliyinin paytaxtın cənub-qərbində druzların məskunlaşdığı Sahnaya ətrafına nəzarəti təmin edərək yerli silahlıları təqib etdiyini açıqladıqdan sonra endirilib.

İsrail Müdafiə Qüvvələri isə baş nazir Binyamin Netanyahu və müdafiə naziri İsrael Katzın əmri ilə Suriyada paytaxtın ətrafında druzlara qarşı hücum planlaşdıran silahlı radikallara qarşı qabaqlayıcı zərbə endirdiyini bildirib. Baş nazirin ofisi qeyd edib ki, yerli druz icmasına qarşı zorakılığın dayandırılması ilə bağlı Dəməşqə "sərt xəbərdarlıq" göndərilib.

Druzlar, nümayəndələri Suriya, Livan, İsrail və İordaniyada yaşayan fərqli ərəbdilli etno-konfessional qrupdur. Suriyada 700.000 nəfər druz olduğu bildirilir, bu da onları kürdlər və ələvilərdən sonra üçüncü ən böyük dini və etnik azlıq edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR