İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda körpə uşağı molla duası ilə sağaltmağa çalışdılar - VİDEO

Azərbaycanda uşağın dəmrov xəstəliyini sağalatmaq üçün mollaya dua yazdırıblar.

Milli.Az xəbər verir ki, bununla bağlı görüntüləri həkim-pediatr Afət İbrahimli sosial şəbəkə hesabında paylaşıb.

Dua uşağın ayağında dəmrov olan hissəyə çəkilib.

"İllərdir Azərbaycanda kütləvi cahillik xəstəliyinə yoluxdurulma prosessi gedir və biz bu gün bunun fəsadlarını öz üzərimizdə hiss edirik. İstər-istəməz bizdən sonra gələn yeni nəsilə də bu virusu yoluxdururuq. Cəmiyyətimizdə hər birimiz daxilimizdəki cahillik xəstəliyi ilə mübarizə aparmalıyıq. Unutmayın, cahilliklə mübarizə etirafımızla başlayacaq" - həkim videoya şərh verib.

Həmin görüntüləri təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 May 2025

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR