Onlayn ictimai-siyasi qəzet
Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, bir çox məsələdə hər iki ölkənin maraqları üst- üstə düşür: “Ona görə biz əməkdaşlığı genişləndirmək istəyirik”.
Türkiyə lideri söyləyib ki, hər iki ölkə qarşılıqlı ticarət həcmini 15 milyard dollara çatdırmağı hədəfləyir: “Misirli investorları Türkiyədə gözləyirik. Misirlə enerji sahəsindəki əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”.
Onun sözlərinə görə, Ankara və Qahirənin regional sülh və sabitliyə töhfəsi həyati əhəmiyyətlidir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ