İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtın bu küçəsində hər gün ölüm təhlükəsi var

Xəzər rayonu Binə qəsəbəsinin Atçılıq yaşayış massivində yerləşən küçələrdən birində təhlükəli vəziyyət yaşanır. Verilən məlumatlara əsasən, ərazidə nə piyada keçidi, nə də işıqfor mövcuddur.

Milli.Az xəbər verir ki, son bir ay ərzində burada iki dəfə piyada vurulması hadisəsi baş verib. Sakinlərin sözlərinə görə, həm şəxsi avtomobillər, həm də ictimai nəqliyyat vasitələri bu yolda yüksək sürətlə hərəkət edirlər:

"Bir neçə gün əvvəl bir ana və iki uşağı maşın tərəfindən vuruldu", - deyə yerli sakinlərdən biri şikayətini dilə gətirib.

Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, əraziyə baxış keçirildikdən sonra təhlillər aparılacaq. Yolların təkminləşdirilməsi, təhlükəsizliyin artırılması məqsədi ilə təklif hazırlanaraq razılaşdırılması üçün aiddiyatı qurumlara göndəriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR