İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Qərbi ikili standartlarda ittiham etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrinin Qəzza sektorunda baş verən hadisələrə passiv reaksiyasının beynəlxalq ictimaiyyətin və beynəlxalq əlaqələr sisteminin nüfuzunu zədələdiyini bildirib.

Musavat.com xəbər verir ki, Ərdoğan Al Jazeera telekanalı üçün yazdığı məqalədə qeyd edib ki, eskalasiya başlanandan bu yana İsrail hücumları nəticəsində 61 mindən çox fələstinli, əsasən qadınlar və uşaqlar həyatını itirib. Onun sözlərinə görə, bu hadisələr yalnız müharibənin deyil, həm də “məqsədyönlü məhv siyasətinin” təzahürüdür.

Prezident bildirib: “Dünya ictimaiyyətinin səssizliyi və ya zəif reaksiyası yalnız insan əzabını artırır və Fələstin xalqına qarşı yeni təzyiqlərə yol açır. Qərb dünyası bəzi böhranlara tez reaksiya göstərir, amma Qəzzaya gəldikdə gecikir – bu isə ədalət prinsiplərinə əsaslandığı iddia olunan beynəlxalq sistemə inamı sarsıdır.”

Ərdoğan əlavə edib ki, əgər Qəzza böhranına Ukraynadakı müharibəyə göstərilən diqqət və resurslar qədər diqqət verilmiş olsaydı, bu gün vəziyyət fərqli ola bilərdi. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Avqust 2025

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR