Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Haliç Konqres Mərkəzində keçirilən “AK Partiya İstanbul İlçe Bələdiyyə Başçılığına Namizədlərin Təqdimat Proqramı”nda çıxış edib.
Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, Ərdoğan çıxışında CHP-ni sərt tənqid edib.
"Üzücü tərəfi odur ki, ölkəmizin ikinci böyük partiyası olan CHP çirkin oyunda ona tapşırılan rolu qəbul edib. Bizim dönəmdə bu partiyanın sədri iki dəfə dəyişdi. Dəniz Baykalla bir çox məsələlərdə razılaşa bilmədik, amma onun siyasi biliklərini yüksək qiymətləndirdik. Kamal bəy ilə çox mübarizəmiz oldu, amma onun özünə görə tərzi, üslubu və missiyası vardı. Özgür əfəndi isə daha başlamadan siyahının sonuna yuvarlanmağı bacardı. Onun CHP-si separatçı təşkilatın aparatı olmaqda davam edən DEM Partiyası ilə demək olar ki, inteqrasiya olunub", - Türkiyə lideri deyib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ