İnsanlara hürriyət, millətlərə istiqlal!

Əmr İMZALANDI - yeni rəislər TƏYİN EDİLDİ

“Bakı Metropoliteni” QSC-nin yerüstü stansiyalarına yeni rəislər təyin edilib.

Musavat.com Report-a istinadən xəbər verir ki, bu barədə QSC sədri Zaur Həsənov əmr imzalayıb.

Z.Həsənovun imzaladığı əmrə görə, İsa Musayev “Bakmil”, Elçin Ələsgərov isə “Xocəsən” stansiyasının rəisi təyin edilib. Hər iki şəxs bu vəzifə üçün imtahan verib.

İ.Musayev bu təyinata qədər “Neftçilər” stansiyasında rəis müavini, E.Ələsgərov isə “8 Noyabr” stansiyasında Mərkəzləşmə Məntəqə növbətçisi vəzifəsində çalışıb.

 1690443302_cedveljpg_1690443991.jpg (274 KB)

 

 

Xatırladaq ki, “Bakı Metropoliteni”nin uzunluğu 40 km-ə çatan 27 stansiyası var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR