İnsanlara hürriyət, millətlərə istiqlal!

Elon Mask bunu da etdi: robotlar uşaq doğacaq, qadınlar doğuşda ölməyəcək - FOTO

Dünyanı dəyişdirən texnologiya dahisi, tanınmış milyarder Elon Mask yenidən sərhədləri aşır.

Musavat.com xəbər verir ki, bu dəfə Mask, bir çox ailənin həyatını və qadınların gələcəyini dəyişdirəcək inqilabi bir addım atır. Onun son yeniliyi – robot ana sistemi artıq ictimaiyyətin maraq dairəsindədir. Mask, insan reproduktivliyində köklü dəyişikliklər yaratmaq üçün yeni robot versiyası üzərində işlədiyini elan edib. Bu robot, valideynlərin sperma və yumurta hüceyrələrini alaraq, onları dölləyir və embrionu tam 9 ay müddətində özündə inkişaf etdirir.

Bu texnologiyanın əsas məqsədi, qadınların doğuş zamanı yaşadıqları təhlükələri aradan qaldırmaqdır. Belə ki, hər il minlərlə qadın doğuş prosesində ağırlaşmalar nəticəsində həyatını itirir. Maskın sözlərinə görə, bu robotlar doğuş prosesini qadınlar üçün tamamilə təhlükəsiz hala gətirə bilər. Yeni robot sistemi ilə ailələr, kariyeraları və şəxsi həyatları arasında seçim etməyə məcbur qalmayacaqlar. Robot ana, bu müddət ərzində valideynlərə öz iş həyatlarını davam etdirmək imkanı verəcək.

Bu texnologiya, reproduktiv prosesə dair ənənəvi yanaşmaları sarsıdaraq, yeni bir dövrün başlanğıcını qoyur. Lakin, bu yeniliyin etik tərəfləri də geniş müzakirələrə səbəb olub. Cəmiyyətin müəyyən təbəqələri texnologiyanın insan həyatında bu qədər dərin təsir yaratmasından narahatdır. Digərləri isə qadınların və ailələrin gələcəyi üçün bu yeniliyi müsbət bir addım kimi qiymətləndirir.

Elon Maskınbu yeniliyi dünyada rezonans doğuraraq, reproduktiv texnologiyada inqilabi dəyişikliklərin xəbərçisi ola bilər. Hələ ki, robot ana sisteminin təcrübə mərhələsində olduğu bildirilsə də, Musavat.com-un məlumatına görə, bu texnologiyanın bir neçə ildən sonra geniş yayılması gözlənilir.

Elon Mask yenə də sərhədləri aşır və bu dəfə də qadınların gələcəyi üçün tarix yazır!

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR