Onlayn ictimai-siyasi qəzet
“Diplomsuz fəaliyyət göstərən estetik cərrahlarla bağlı Səhiyyə Nazirliyi ilə Baş Prokurorluq birgə komissiya yaradılıb. Faktlarla bağlı cinayət işi başlanılıb".
Musavat.com xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev deyib.
Kamran Əliyev bildirib ki, hazırda istintaq davam edir:
"Bununla bağlı qabaqlayıcı tədbirlərin görülməsi üçün komissiya işləyir. Komissiya bu problemin səbəblərini araşdırır. Bu cür halların gələcəkdə baş verməməsi üçün tədbirlər planı hazırlayıb həyata keçiriləcək".
Şahanə Rəhimli
Musavat.com
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ