Onlayn ictimai-siyasi qəzet
Fox News-un hökumət rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkə tarixində ən geniş miqyaslı sərəncamlar siyahısını imzalamağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu tədbirlər dalğasının ölkədə misli görünməmiş bir "şok və qorxu" yaradacağı bildirilir.
"Bu, Amerikanın tarixində ən geniş miqyaslı icra tədbirləri siyahısıdır," - deyə Tramp administrasiyasının adı açıqlanmayan nümayəndəsi qeyd edib. O əlavə edib ki, birinci dalğa "nəhəng və rekord həcmli" olacaq.
Bundan əlavə, Tramp əvvəllər verdiyi açıqlamada sələfi Co Baydenin "axmaq və radikal" sərəncamlarını inauqurasiyadan dərhal sonra ləğv edəcəyini bəyan edib.
Musavat.com
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ