Onlayn ictimai-siyasi qəzet
“Cermuk” (Qərbi Azərbaycandakı İstisu-M.) mineral suyundan zəhərlənən vladiqafqazlı iş adamı Oleq Qusevin ailəsi içki istehsalçısına qarşı 1,5 milyard rubl iddia qaldırıb.
Musavat.com-un məlumatına görə, bu barədə “Kommersant” yazıb.
2024-cü ilin fevralında Vladiqafqaz sakininin “Cermuk” mineral suyunu içdikdən sonra qida borusundan yanıq aldığı bildirilir. Kişi daha sonra xəstəxanada dünyasını dəyişib. Butulkada su əvəzinə sirkə var olub. “Rospotrebnadzor” daha sonra təhlükəsizliyi yoxlamaq üçün “Cermuk”un müəyyən partiyalarının satışını dayandırıb.
“Rusiyada məşhur “Cermuk” mineral suyunu istehsal edən Ermənistanın “Cermuk Group” QSC-yə, onun Rusiya Federasiyasındakı nümayəndələrinə və distribyutoruna qarşı 1,5 milyard rubl təzminat davası açılıb. Oleq Qusovun dul arvadı və iki qızının adından “Zərərin ödənilməsi haqqında” iddia Vladiqafqazın Sovetski rayon məhkəməsinə verilib”, - materialda deyilir.
Musavat.com
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ