İnsanlara hürriyət, millətlərə istiqlal!

Məzahir Pənahov: Bələdiyyə seçkilərinin nəticələri həmin gün və ya bir gün sonra açıqlanacaq

İşğaldan azad olunmuş ərazilərdə bu dəfə bələdiyyə seçkiləri keçirilməyəcək.

Musavat.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, yanvarın 29-da insanlar bələdiyyə seçkilərinə əhəmiyyət verərək, seçkiyə gələcək:

"Bütün bələdiyyələrin ərazilərində tanınan şəxslər namizədliklərini irəli sürüblər.
70 mindən artıq müşahidəçi seçkiləri izləyəcək. 1000 məntəqədə isə kamera quraşdırılıb. Yanvarın 29-u axşam və ya yanvarın 30-u nəticələri açıqlayacağıq".

Şahanə Rəhimli
Muaavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR