İnsanlara hürriyət, millətlərə istiqlal!

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad ediblər

Qəhrəmanlıq tariximizin şanlı səhifəsi olan 20 Yanvar hadisələrindən 35 il ötür

20 Yanvar hadisələrinin 35-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verib. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar.

20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub.
1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Böyük Qələbə xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR