İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın Qanlı və Şərəfli Tarixi: 20 Yanvar hadisələrindən 35 il ötür - VİDEO

Bu gün Azərbaycan xalqının tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi həmişəlik həkk olunan 20 Yanvar hadisələrindən 35 il ötür. Hər il bu gün minlərlə insan Şəhidlər Xiyabanına axışaraq azadlıq mübarizəmizin şəhidlərini ehtiramla yad edir.

Bu gün də səhər saatlarından etibarən ziyarətçilər arasında sadə vətəndaşlarla yanaşı rəsmi qurumların, nazirliklərin, vətəndaş cəmiyyətlərinin və siyasi partiyaların nümayəndələri də yer alır. Hamının bir məqsədi var: Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinə hörmət etmək.

Qeyd edək ki, son beş ildə 20 Yanvar şəhidlərinin xatirəsi daha böyük qürurla anılır. 2020-ci ildə başlayan Vətən müharibəsində və 2023-cü ilə qədər davam edən proseslərdə Azərbaycan öz ərazilərini işğaldan azad etdi, ərazi bütövlüyünü bərpa edərək dövlət suverenliyini tam təmin etdi.

Bu nailiyyətlər şəhidlərimizin qanının yerdə qalmadığını sübut edir. Onların mübarizəsi yalnız bir tarix deyil, həm də azad və güclü Azərbaycan üçün əsaslı bir zəmin oldu. Bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır, çünki onların canlarını fəda etdiyi Vətən artıq bütöv və suverendir.

Beləliklə, 20 Yanvar Azərbaycan xalqının müstəqillik və milli birlik simvoludur. Bu qanlı və şərəfli tarix hər zaman xatırlanacaq, şəhidlərin adı isə əbədi olaraq ürəklərdə yaşayacaq.

Xalidə Gəray
Video müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR