İnsanlara hürriyət, millətlərə istiqlal!

Ötən il Özbəkistana 483 vətəndaşın cəsədi qaytarılıb – 474-ü Rusiyadan...

2024-cü ildə başqa ölkələrdən Özbəkistana 483 vətəndaşın cənazəsi gətirilib.

Musavat.com Gazeta.uz-a istinadla xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Miqrasiya Agentliyinin rəhbərliyinin keçirdiyi mətbuat konfransında məlumat verilib.

Agentliyin şöbə müdiri Niqora İsrailova bildirib ki, meyitlərin çatdırılması ilə bağlı xərclər dövlət büdcəsindən qarşılanıb. Ölkədən asılı olaraq onlar məbləğ dəyişir.

O, əlavə edib ki, daşınma ilə bağlı yardım yalnız ölən şəxsin Özbəkistan vətəndaşı olduğu və onun yaxınları kömək üçün agentliyə müraciət etdiyi təqdirdə verilir.

Miqrasiya Agentliyinin mətbuat xidmətindən Qazeta.uz-a bildirilib ki, meyitlərin əksəriyyəti (474) Rusiyadan qaytarılıb. 5 meyit Türkiyədən, qalan 4-ü Koreya Respublikası və Qazaxıstandan gətirilib.

Agentliyin köməkliyi ilə ötən il çətin vəziyyətə düşmüş 775, ağır bədən xəsarətləri almış 182 vətəndaş da Özbəkistana qaytarılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR