Onlayn ictimai-siyasi qəzet
Slovakiya parlamentinin vitse-spikeri Tibor Qaşpar bəyan edib ki, Ukrayna Slovakiyanın milli maraqlarına zərər vurmağa davam edərsə, ölkəsi və ehtimal ki, Macarıstan Ukraynaya yardımın veto edilməsi məsələsini gündəmə gətirəcək.
“Milli maraqlarımıza ziyan vurulacağı təqdirdə, Slovakiya və bəlkə də Macarıstan Ukraynaya yardımın veto edilməsi barədə qərar verə bilər,” - deyə Qaşpar müsahibəsində bildirib.
Musavat.com-un məlumatına görə o qeyd edib ki, Slovakiya Ukraynanın yalnız öz maraqlarına uyğun hərəkət etməsinə əsaslana bilməz: “Ukrayna Slovakiyaya etibarlı tərəfdaş kimi yanaşmalı və yardımlar qarşılıqlı olmalıdır".
Musavat.com
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ