İnsanlara hürriyət, millətlərə istiqlal!

Elman Məmmədov: “Xocalı abidəsi rəsmi protokola salınsın”

Deputat Elman Məmmədov parlamentin iclasında çıxış edərək Xocalı soyqırımı qurbanlarından danışdı. Bildirdi ki, Bakı şəhərində, Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Ana harayı” abidəsi var. Deputat həmin abidənin ziyarətinin rəsmi protokola daxil edilməsini təklif etdi. Dedi ki, Azərbaycana səfər edən xarici ölkəlrin təmsilçiləri və beynəlxalq təşkilatların rəsmilərinin həmin abidəni ziyarət etməsi təşkil olunmalıdır: “Ölkəmizə gələnlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Amma Xocalı soyqırımı abidəsinin ziyarəti də protokola salınmalıdır”.

E.Məmmədov qeyd etdi ki, Xocalı soyqırımının tanınması istiqamətində işlər davam edir, bir sıra ölkələrin parlamentləri, həmçinin ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb. Amma deputat təəssüfləndiyi bir fakrtı qeyd etdi. Bildirdi ki, Xocalı sakinlərinin ölüm haqqında şəhadətnamələrində onların milli zəmində şəhid olduğu yazılıb. Yaxud əlil olanların sənədlərində milli zəmində əlil olduğu qeyd edilib: “Amma bunlar müharibə zamanı şəhid olub, əlil olub, xahiş edirəm bu məsələyə diqqət yetirilsin”. E.Məmmədov ardınca Xocalı soyqırımı şahidlərinə soyqırıma məruz qalan statusu verilməsini də təklif etdi.

Komitə sədri Ziyafət Əsgərov isə bildirdi ki, Xocalı qurbanlarının milli zəmində hədəfə alınmasının qeyd olunması ən doğru yanaşmadır, çünki onlar milli zəmində qətlə yetirilib, soyqırıma məruz qalıblar.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR