İnsanlara hürriyət, millətlərə istiqlal!

Əliyev-Ərdoğan-Paşinyan görüşündən VİDEO FOTOLAR

Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

Musavat.com xəbər verir ki, az sonra rəsmi görüş başlayacaq.

Qeyd edək ki, sözügedən görüşə Macarıstanın Baş naziri Viktor Orban və Fransa prezidenti Emmanuel Makron da qoşulub.

Görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib. Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və regionda davamlı sülhün əldə edilməsi ilə bağlı müzakirələr baş tutacaq.

Qeyd edək ki, bu gün sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında ikitərəfli görüş keçirilib. Ş.Mişelin iştirakı ilə Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü nəzərdə tutulub. Bundan başqa, Ərdoğanla Paşinyanın ikitərəfli görüşü də planlaşdırılıb.

Musavat.com

photo1665056315.jpeg (89 KB)

photo1665056919.jpeg (170 KB)

59d7849a-cb46-4af6-8a5c-0b39f5c2b311.jpg (107 KB)

photo1665057198 (1).jpeg (130 KB)

photo1665057198.jpeg (121 KB)

photo1665056138.jpeg (160 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR