İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekvador həbsxanasında baş verən qiyamda 31 nəfər ölüb

Ekvadorun Quayakil şəhərində həbsxanada baş verən qiyam nəticəsində 31 nəfər ölüb.

“Report”un məlumatına görə, bu barədə Ekvadorun Baş prokurorluğu məlumat yayıb.

Məlumatda polis əməkdaşları da daxil olmaqla 11 nəfərin yaralandığı bildirilib. Hadisə ilə bağlı iki cinayət iş açılıb, onlardan biri terror faktıdır.

Səlahiyyətlilərin məlumatına görə, həbsxanaya nəzarət bərpa edilib.

Qeyd edək ki, iyulun 23-də Ekvadorda bir neçə həbsxanada iğtişaşlar baş verib. Beş cəzaçəkmə müəssisəsində 90-a yaxın mühafizəçi məhbuslar tərəfindən girov götürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR