İnsanlara hürriyət, millətlərə istiqlal!

EKSKLÜZİV! Laçın dəhlizindən axşam görüntüləri - YENİ VİDEO

Laçın dəhlizinin Şuşa ərazisindən keçən hissəsində (Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində) azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatları üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirdikləri etiraz aksiyası davam edir.

Bu barədə Musavat.com-a aksiyada iştirak edən "Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədli məlumat verib.

Onun sözlərinə görə, azərbaycanlı aktivistlər Laçın dəhlizini bağlayıblar. Gecə düşdüyü üçün çadırlar quran, tonqallar qalayan aksiya iştirakçıları mübarizəni sonadək davam etdirməkdə israrlıdırlar.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiyalı sülhməramlılarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də digər dövlət qurumlarının monitorinq aparmalarına mane olmalarıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR