İnsanlara hürriyət, millətlərə istiqlal!

Əkrəm İmamoğlunun hoteldən elə görüntüləri ortaya çıxdı ki... – ŞOK VİDEO

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya və terror istintaqı davam edir.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, istintaq çərçivəsində Əkrəm İmamoğlunun komandasının İstanbulda Adnan Çebiyə məxsus hoteldə keçiriləcək kritik görüş öncəsi çamadanlarla birlikdə oraya giriş etdiklərinə dair təhlükəsizlik kamerası görüntüləri üzə çıxıb.

İstintaq sənədlərinə daxil edilən yeni sübutlar və görüntülərdə 12 oktyabr 2024-cü il tarixində saat 08:48-də əlində çamadan olan bir şəxsin sözügedən hotelə daxil olduğu müşahidə edilir. Əkrəm İmamoğlunun isə şübhəlilər - Tuncay Yılmaz, Ertan Yıldız, Adem Soytekin, Hüseyin Köksal və Fatih Keleş ilə görüşündən təxminən 50 dəqiqə əvvəl mühafizəçilərin hotelə giriş etdiyi ortaya çıxıb.

Görüntülərdə görüşün keçiriləcəyi salonu müşahidə edən kameraların 09:14-də mühafizəçilər tərəfindən örtüldüyü qeyd olunub. İmamoğlunun isə saat 10:04-də hotelə gəldiyi və 11:29-da oradan ayrıldığı müşahidə olunub.

Araşdırmalar zamanı sözügedən görüşdən 4 gün əvvəl hotelin təhlükəsizlik kameralarının örtüldüyü, görüş günü çamadanların oraya gətirildiyi, görüşdən sonra isə aparıldığı təhlükəsizlik kameralarına düşüb.

Qeyd edək ki, Əkrəm İmamoğlu və onunla birlikdə digər şübhəlilər barəsində “cinayət təşkilatı rəhbəri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “rüşvət alma”, “vəzifədən sui-istifadə”, “fırıldaqçılıq”, “şəxsi məlumatları qanunsuz əldə etmək” və “tenderə müdaxilə etmək” kimi bir sıra ittihamlarla araşdırma aparılır.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR