İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ölsəm də, sənə aliment ödəməyəcəyəm"

Xəbər verdiyimiz kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovun əkizlərindən imtina etdiyini deyib.

Oqtay Ayselin iddialarına cavab verib.

O bildirib ki, həbs edilsə də, aliment ödəməyəcək:

"Ötən ildən problemimiz var. Məni və ailəmi paylaşıb, söyüşlər yazdı. Ayın 10-13 günü övladlarım mənimlə qalır. Uşaqlarıma baxıram. Neçə ildir uşaqlarımı həkimlərimə aparıram. Aliment vermirəm. Klublara getmirəm, gecə həyatı yaşamıram. Gedib şikayət edib ki, Oqtay aliment vermir. Onun ilk evlilikdən olan uşağını öz oğlum kimi böyütdüm, hər şey edirdim. Ayrılanda adımı xəyanətkar qoydu. Çox şey danışmadım ki, arada uşaq var. Amma anlamırlar... Savadsız dayə tutub ki, uşaqlara baxsın. Uşaqların isə qabağına telefon, kompüter atır.

Bütün günü məni polisə, icraya şikayət edir. Alimenti ona görə ödəmirəm ki, uşaqla maraqlanmır, restoran, klublarda gəzir. Uşaq dayədə qalır, uşaq canlıda oturub dilənir ki, anama pul göndərin. Deyirəm ki, uşaqları adımdan çıxardın, mən həbs olunanda onlara ziyan dəyməsin.

Oturub yalandan ağlayım ki, uşaqlarıma baxıram, pul qazanıram. Hansı pulu qazanırsan? Paltarından tutmuş, ayaqqabısına qədər hər şeyi mən alıram. Uşağıma baxıram, ondan imtina etmirəm. Ailəm deyir ki, iki ev var, onu da uşaqlarının adına yazdıracağam. Ətrafımdakılar bilir ki, uşaqlarıma necə baxmışam.

Aliment ödəməyəcəyəm. Gedib həbsxanada yataram, amma ona pul ödəməyəcəyəm. Uşaqlarım yanımda olur, xəstə anam onlara qulluq edir. Yuxudan oyanıb, uşağını hansı həkimə aparırsan? İndi saat 8-ə kimi harda istəsən gəz, sonra gəl uşaqlara bax. Sənədləri göstərim uşaqları hansı həkimlərə aparmışam, Bakıya hansı həkimləri gətirmişəm? Ölsəm də, sənə aliment ödəməyəcəyəm".

Qeyd edək ki, A. Şükürova Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızıdır. Aysel və Oqtay dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. Onların bu nikahdan iki oğlu var. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR