İnsanlara hürriyət, millətlərə istiqlal!

İcarəyə götürdüyü “Mercedes”i hissələrə bölüb satdı - Bu cəzanı aldı

İcarəyə götürdüyü “Mercedes”i hissələrə bölərək satan şəxs həbs edilib. O, daha əvvəl də məhkəmə qərarını icra etmədiyinə görə həbs edilibmiş.

Musavat.com xəbər verir ki, 35 yaşlı Xəlil “Mercedes Vito” markalı avtomobili aylıq 1500 manata icarəyə götürüb.

Bir müddət sonra icarə haqqını ödəməyib. Bu azmış kimi, Ramil Rüstəmova məxsus avtomobili hissələrə bölərək satıb. Bununla da avtomobilin sahibi olan Ramil Rüstəmova 25 min manat ziyan dəyib.

Əməlindən peşman olduğunu deyən Xəlil zərəri ödəməyib. Məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Aprel 2025

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR