İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərə ŞOK yaşadan eston qadın – Trampın “genosid” şoku bitməmiş...

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Estoniyanın keçmiş baş naziri Kaya Kallasın Bakı səfəri neçə gündür erməni radikal-revanşistlərin və Avropa Parlamentinin vicdanını 5 avroya satmış bəzi üzvlərinin yuxusunu qaçırıb. ABŞ prezidenti Donald Trampın 24 apreldə “soyqırım” söyləməməsinin ardınsa bu ziyarət haylara və onların havadarlarına necə od qoyubsa, Türk düşmənlərinin nəzarətindəki media Kallas gedəndən sonra da Azərbaycan tərəfə, Aİ rəsmisinin ünvanına hürür, hətta hədələr yağdırır.

Görəsən niyə? Kaya Kalllas Bakıya təşrif buyurmaqla Aİ-ni necə, hansı formada “rüsvay edib”? Məgər Ermənistan Avropa İttifaqının üzvüdür ki, səfərlı bağlı onun razılığını almalı idi? Xeyr. Bəlkə qurum İrəvan qarşısında hansısa öhdəlik götürüb? Yenə xeyr. Ya bəlkə kapitulyant ölkə Aİ ilə tərəfdaşlıq sazişi imzalayıb, xəbərimiz yox? Əsla. Nəhayət, Azərbaycana səfər edən şəxs gərək ki, Ermənistanın XİN başçısı Ararat Mirzəyan yox, Aİ-nin xarici işlər naziri idi. O halda hansı haqla separatçı-revanşist tör-töküntülər adama hücum çəkir? Kallas hansı günahın yiyəsi?..

İşə bax. Sən demə, Aİ rəsmisi təmsil elədiyi təşkilatı qoyub, onun üzvü olmayan bir ölkəni, dünənin işğalçı dövlətini, öz konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını çıxarmaq istəməyən Ermənistanı və onun maraqlarını, üstəlik, Bakıda bəşəri cinayətlərdə ittiham olunan quldur-banditləri müdafiə eləməli imiş! “Demokratik Ermənistanın düşməni, işğalçı və avtoritar Azərbaycana” ayaq basmamalı imiş!

Bu başdan şikəst məxluq görən nə vaxtadək bütün bəşəriyyəti özünə borclu sayacaq? Haçana kimi xəyal edəcəklər ki, bunlar asqıranda hamı asqırmalı, ağlayanda hamı ağlamalıdır?

Maraqlıdır ki, rəsmi İrəvanın özü nə Kallasın Bakı səfərinə, nə də Trampın “genosid” sözündən imtinasına etiraz etməyib. Əksinə, təqdiredicidir ki, Paşinyan hökuməti İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının vandallar tərəfindən yandırılmasını qınayıb – vandallarla bağlı konkret təbir görməsə də. Radikal-revanşistlər isə...

Bakıda Kaya Kallasla birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov 24 apreldə bayraqla bağlı eyni vandallığın Fransada da baş verdiyini yada salaraq, bu olayları cinayət əməli adlandırıb, çünki hər iki ölkənin qanunvericiliyi bunu qadağan edir. Bayramov eyni zamanda, sülhə əsas əngəlin Ermənistan konstitusiyası olduğuna diqqət çəkib. Erməni radikal-faşist sürüsü isə bütün bunları Kallasa irad tutaraq, “nədən oradaca Bayramovun cavabını vermədi” deyə yaxa cırırlar. Nəyə etiraz eləməli idi? Azərbaycan XİN başçısı yanlış nə söyləmişdi ki?

Sonra. Azərbaycanı Aİ-nin mühüm tərəfdaşı adlandıran Aİ yetkilisi rəsmisi hansı haqla “demokratik prinsiplərə xəyanət”də suçlanır. Niyə və hansı əsasla Kallas Bakıda məhkəməsi gedən xuntaçılar haqda danışmalı, “artsaxın işğalı və etnik təmizləmə” (sən demə, Azərbaycan öz ərazisini “işğal” edibmiş!) barədə Bakını ittiham eləməli idi?! Kallas Aİ-nin, yoxsa Ermənistanın xarici işlər naziri işləyir?..

İndi gəl bu anormal, məntiqini itirmiş və hələ də ətrafa “çəhrayı eynəkdə” baxan “demokratik” qəbilə ilə dinc yolla anlaş görüm, necə anlaşırsan. Təəssüf ki, belə bir yanaşma erməni toplumunda dominant olaraq qalır. Bunu bayraqların yandırılmasından erməni cəmiyyətin məmnun qalmasından da görmək olar.

Üçüncü yandan, revanşistlərin isterikası əslində anlaşılandır. Məsələ ondadır ki, Kallasın Bakı ziyarəti 44 günlük Vətən savaşından və bir günlük antiterror əməliyyatından sonra Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul elədiyi və onsuz da kağız üzərində qalan qərəzli, şər-böhtan dolu qərar-qətnamələri bir az da arxa plana itələyir, mənasız edir.

Qarınlarının sancısı sözsüz ki, həm də bu...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR