Onlayn ictimai-siyasi qəzet
Hindistanın Carkhand ştatından polis inspektoru Rişav Çanın başçılığı ilə bir qrup antiterror polisi Bakıya gəlir.
Musavat.com haqqın.az-a istinadən xəbər verir ki, hind polisləri Azərbaycanda həbs edilmiş təhlükəli qanqster Sunil Minin ekstradisiyası üçün gəlirlər. Təhlükəli cinayətkar ötən ilin oktyabrında Bakıda həbs edilib. Onun hazırda Azərbaycanda istintaq təcridxanasında saxlanılır.
Carkhand baş prokuroru Anuraq Qupta Hindistanın mərkəzi orqanlarının köməyi ilə ekstradisiya üçün bütün hüquqi prosedurların tamamlandığını təsdiqləyib.Qeyd edək ki, Yeni Dehlinin Bakı ilə cinayətkarların ekstradisiyası barədə müqaviləsi var.
Hindistan mətbuatının məlumatına görə, Carkhandın kəşfiyyat xidmətləri mərkəzi orqanların dəstəyi ilə ekstradisiya üçün lazım olan sübutları Bakı məhkəməsinə təqdim edib. Bu əsasda məhkəmə onu xüsusilə təhlükəli cinayətkar kimi tanıyıb və Hindistana təhvil verilməsinə qərar verib. Lakin qanqster hökmdən apelyasiya şikayəti verdiyinə görə ekstradisiya bir müddət yubanıb.
Sinil Minin bir il əvvəl Carkhand ştatının hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi.
İnterpolun onun ekstradisiyası məsələsində Hindistan hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq etdiyi bildirilir.
Carkhand Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sözçüsü Rishabh Jha bildirib ki, bütün lazımi sənədlər artıq Azərbaycan tərəfinə təhvil verilib. Onun sözlərinə görə, Hindistan Azərbaycan polisi və İnterpolun yerli bürosu ilə sıx əməkdaşlıq edir.
Jha qeyd etdi ki, Sunil Minin hazırda həbsdə olan qanqsterlərindən biri Aman Saavın silah və maliyyə şəbəkəsinin əsas fiqurlarından biri olub. Həbs olunmazdan əvvəl Sunil Minin təmtəraqlı həyat tərzi keçirirdi və bunu sosial mediada aktiv şəkildə nümayiş etdirərək, silahla fotoşəkillər yayımlayırdı. İnterpol onun həbsi ilə bağlı “qırmızı bildiriş” verib və bu, qanqsterin ötən ilin dekabrında Bakıda həbsinə səbəb olub.
Sunil Minin başqa bir bədnam cinayətkar Lourens Bişnoin uşaqlıq dostudur və hazırda həbsdə olan dəstə liderlərindən biridir. Dəstə üzvlərindən biri Saçin Bişnoi 2023-cü ildə Azərbaycanda həbs edilərək Hindistana ekstradisiya edilib. Ekstradisiyanı təşkil etmək üçün Bakıya Hindistan kəşfiyyatı və polis əməkdaşları göndərilib.
Sunil Minin Malayziyaya qaçmazdan əvvəl Hindistanda bir neçə dəfə həbs olunub və orada cinayət əməllərini davam etdirib. O, hədə-qorxu ilə iş adamlarından pul qoparıb. Pul verməkdən boyun qaçıranlar qanqsterin silahlı ortaqlarının hücumuna məruz qalıb.
Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ