İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əzizlərimdən çox təyyarə bələdçilərini görürəm” - VİDEO

Dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev paylaşımı ilə diqqət çəkib.

Anar instaqram səhifəsində video yayımlayaraq iş qrafikinin həddən artıq ağır olduğunu bildirib.

“Səhər 07:30-dur. Srağagün Bakıda bir gəlin bəzədim. Elə həmin gün yola düşdüm Amsterdama. Dünən Roterdam şəhərində gəlin bəzədim və dərhal yola düşüb Bakıya gəldim. İndi isə birbaşa işə gedirəm. Bakıda gəlin bəzəyəcəyəm. Bəzən deyirsiniz ki, Anar necə də gözəl yaşayır. Bilin ki, bu yaxşı yaşamağın arxasında belə məqamlar gizlənir. Mənə yaxın insanlardan və əzizlərimdən çox sərhədçilərimizi, təyyarə bələdçilərini görürəm. Siz də yaxşı yaşamaq istəyirsinizsə, işləyin”, - deyə Anar vurğulayıb.    (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR