Onlayn ictimai-siyasi qəzet
“İstanbulda daha zəlzələ olmayacağını demək çox təhlükəlidir”.
Musavat.com xəbər verir ki, bu sözləri türkiyəli professor Şükrü Ersoy CNN TÜRK-ə açıqlamasında deyib.
O qeyd edob ki, Mərmərədə zəlzələ qitələrarası problem yaradacaq:
“Mən deyirəm ki, Mərmərədə zəlzələnin qitələrarası problem yaradacaq. Bundan sonra İstanbulda zəlzələ olmayacağını demək çox təhlükəlidir. Siz, ümumiyyətlə, tarix oxumursunuz? Bizim bəxtimiz ondadır ki, bunlar həmişə yazılıb. Biz o dövrdən dağıntıların miqyasını başa düşürük. Bu tarixi faktlara baxaraq zəlzələnin reallığını görməzdən gəlmək düzgün deyil. “6,2 bal gücündə zəlzələ İstanbul zəlzələsi idi və oldu və bitdi” demək çox təhlükəlidir”.
Musavat.com
26 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ